Bu gün BMT-nin Baş Məclisi tərəfindən təsis edilən Beynəlxalq İtkinlər Günüdür.
Əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılması nəticəsində baş verən itkin düşmək, çox təssüf ki, hələ də qlobal problemlər arasındadır.
Beynəlxalq İtkinlər Günü üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi və onların taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir.


