Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev Alpaqut döyüş sənəti üzrə 30-dan çox dünya ölkələrinin iştirak etdiyi 4-cü Dünya Çempionatında l yer nəticələri əldə edərək qalib olan Beyləqan rayon Alpaqut Filialının sədri Sahib Nəsibovu, tələbələri Nihad Ağalarovu və Asəf Qarayevi qəbul edib.
Görüşdə eyni zamanda Azərbaycan Alpaqut Federasiyasının l vitse prezidenti Nuranə Şıxəliyeva və İcra Hakimiyyətinun humanitar məsələlər üzrə müavini Yeganə Məmmədova da iştirak ediblər.
Qalib idmançılar öz döyüş təəssüratlarını maraqla dəyirmi masa başında bölüşərək görüş və göstərilən diqqət üçün təəşəkkür bildirdilər. İcra Başçısı tərəfinndən idmançılara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
























