Bərdədə qadının çantasından pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini olan bir qadının çantasından 5100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş D. Əzizov saxlanılıb.


