Belarus və Azərbaycan 2027-ci ildə Qarabağda aqroşəhərin tikintisini planlaşdırır.
Bubarədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç məlumat verib.
Onun sözlərinə görə, hazırda gələcək aqroşəhərin layihələndirilməsi davam edir. Aqroşəhərin strukturuna bir neçə aqrar-sənaye kompleksi də daxil olacaq.
“Əgər hər şey yaxşı getsə, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq”, – diplomat report-a açıqlamasında vurğulayıb.
Səfir əlavə edib ki, 2027-ci ildə Ağdamda Belarusun “Vertus” şirkətinin iştirakı ilə Azərbaycan istehsalı liftlərin birgə istehsalına başlanılması da planlaşdırılır.
Modern.az


