ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları Ağ Evin yaxınlığında avtomobilində doldurulmuş tapançası olan qadını saxlayıb.
BAKU.NEWS xəbər verir ki, 66 yaşlı qadın prezident Co Baydenə məktub çatdırmaq istədiyini iddia edib.
Qeyd olunur ki, qadın yanında pnevmatik silah olan bir kişi ilə birlikdə Ağ Evin yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına Co Baydenə məktub vermək istədiklərini deyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun iqamətgahın yaxınlığında park edilmiş avtomobilində axtarış aparıb və orada doldurulmuş tapança tapıblar. Bu səbəbdən qadın saxlanılıb.
Bildirilir ki, silahın qeydiyyatsız olub.
Ağ Evin təhlükəsizliyini təmin edən ABŞ Gizli Xidməti tərəfindən araşdırma aparılır.


