ABŞ Prezidenti Co Bayden Hindistanda koronavirus xəstəliyinə yoluxanların sayının artması fonunda bu ölkə ilə aviaəlaqənin dayandırılması ilə bağlı Fərman imzalayıb.
Bu barədə BAKU.NEWS “Reuters”ə istinadən xəbər verir.
Qeyd edək ki, Hindistanda son sutkada koronavirusa 401 993 yeni yoluxma halı qeydə alınıb. Bu göstərici dünya rekordu sayılır.


