Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.
BAKU.NEWS xəbər verir ki, Baş prokuror Kamran Əliyev 31 yanvar 2021-ci il tarixində bununla bağlı qərarı ləğv edib.
Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.


