Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib.
“Qafqazinfo” xəbər verir ki, qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir.
İş materiallarına görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb.
Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz.
Qeyd olunub ki, borc barədə digər şəxslərə məlumat verilməsi bank sirrinin və şəxsi həyat sirrinin yayılması, həmçinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilməlidir.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


