Beynəlxalq onlayn taksi xidməti olan “Yango” Bakıda və şəhərətrafı ərazilərdə fəaliyyətə başlayıb. Tətbiq Azərbaycanla yanaşı, Finlandiya, Norveç, İsrail və bir sıra Afrika ölkələrində də istifadəçilər üçün əlçatandır.
Yango Bakı sakinlərinə müxtəlif gündəlik işlərin həllində kömək edəcək. Onun vasitəsilə siz “Ekonom” və ya “Komfort” tarifində avtomobil sifariş edə bilərsiniz. Səfərin qiyməti 1,6 manatdan başlayır. Neftçilər metrosundan Park Bulvara avtomobil sifariş etsəniz, gediş haqqı “Ekonom”da təxminən 3,6 manat, “Komfort”da isə 4,9 manat təşkil edəcək. Həm bank kartı ilə, həm də nağd şəkildə ödəniş edə bilərsiniz.
Tətbiqdə həmçinin şəhər daxilində əşyaları, sənədləri çatdırmaq üçün Yango Delivery xidmətindən istifadə edə bilərsiniz. İstifadəçi irihəcmli və ya ağır (20 kq-a qədər) bir şey göndərmək istəsə, “Maşınla” tarifi ilə bunu edə bilər. 10 kq-a qədər kiçik bir əşyanı çatdırmaq lazım olduqda isə motokuryerlə çatdırılma xidməti olan “Moto” tarifini seçə bilər, belədə çatdırılma daha ucuz olacaq. Sifariş verərkən, göndərənin və alıcının ünvanlarını və əlaqə nömrələrini göstərməlisiniz. 28 Mall-dan Gənclik metrosuna motokuryer tarifini seçsəniz, çatdırılma 2,5 manat təşkil edəcək. Lazım gələrsə, kuryer birbaşa qapının ağzına gələcək, bu zaman binanın girişini, mənzili və mərtəbəni göstərməlisiniz. “Maşınla” tarifində bu seçim ödənişlidir – 2 manat.
Xidmətin əsas üstünlüyü istifadəçilərə sərfəli gedişlər təqdim edən, sürücülərə isə dayanma vaxtlarını azaltmağa, sifarişlərin və qazancların sayını artırmağa kömək edən marşrutlaşdırma texnologiyaları, naviqasiya və alqoritmlərdir. Beləliklə, Yangonun Bakıda həm istifadəçilərə, həm də sürücülərə yaxşı bir təklifi var.
Dəstək xidməti proqram vasitəsilə 24/7 aktivdir ki, istifadəçilər səfərlə bağlı tez bir zamanda sual verə bilsinlər. Nəsə düz getməsə və hər hansı bir problem yaranarsa “Təhlükəsizlik” bölməsi vasitəsilə fövqəladə hallar üzrə xidmətlərlə əlaqə saxlaya və ya avtomobilin hazırda getdiyi yer və sifarişlə bağlı digər detalları yaxınlarınızla paylaşa bilərsiniz.
Proqramı iOS və Android üçün pulsuz yükləmək mümkündür. Yango Azərbaycan, ingilis və digər dilləri dəstəkləyir.


