21-22 iyun 2023-cü il tarixində Bakıda ilk dəfə olaraq Qafqaz və Mərkəzi Asiyada dünyaca məşhur telekommunikasiya tədbiri – “Capacity Caucasus & Central Asia – 2023” keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, qlobal rəqəmsal transformasiyada regionun əhəmiyyətini vurğulayan tədbir dünyanın ən böyük və regional telekommunikasiya provayderləri, tənzimləyiciləri və hökumətləri arasında telekommunikasiya sənayesinin gələcəyini – regionda və ondan kənarda formalaşacaq müzakirələr üçün platforma təmin edəcək.


