Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.
BAKU.NEWS bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı paytaxtın bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir.
“Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur”, – məlumatda qeyd edilib.


