Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə (20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BAKU.NEWS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, aprel ayının 21-dən 22-nə keçən gecədən etibarən aprel ayının 23-ü saat 13:00-dək tətbiq ediləcək.
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


