Bakı Şəhər Halqası rəhbərliyi bu gün növbəti il üçün Formula 1 yarışlarının ilkin təqviminin elan olunduğunu bildirib.
BŞH-dən BAKU.NEWS-a verilən məlumata görə,10 noyabr, 2020-ci ildə Formula 1 rəhbərliyi 2021 FİA Formula 1 Dünya Çempionatı təqviminin ilkin versiyasını təqdim edib. Təqvim öz növbəsində Beynəlxalq Avtomobil Federasiyası tərəfindən həyata keçirilən bütün avtoidman tədbirlərinə nəzarət edən əsas oqran – Dünya Avtoidman Şurasına baxılması üçün təqdim ediləcək.
F1 press relizinə istinadən, gələn ilin təqvimi, COVID-19 pandemiyasının dünyaya yayılmağa davam etdiyi bir vaxtda bütün promouterlər və iştirakçı ölkələrin milli rəhbərlikləri ilə geniş müzakirələr əsasında tərtib edilib.
“F1 və FİA rəhbərliyi yarış mövsümü və 2021-ci il təqviminin səmərəli həyata keçirilməsi üçün bütün lazımi təhlükəsizlik tədbirlərini görəcək. Bizim promouterlərimiz əmindir ki, əlimizdə olan plan və prosedurlar 2021-ci il mövsümündə normal şəraitin yaradılmasına imkan verəcək”-məktubda deyilir. “Biz yarış sezonunun 18 mart, 2021-ci ildə Avstraliyada başlaması üçün promouterlər və tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik”.
2021 il üçün Formula 1 yarışlarının ilkin təqvimi:
21 mart – Avstraliya Qran Prisi (Albert Park)
28 mart – Bəhreyn Qran Prisi (Saxir)
11 aprel – Çin Qran Prisi (Şanxay)
25 aprel – müəyyan olunmayıb
9 may – İspaniya Qran Prisi (Barselona)
23 may – Monako Qran Prisi (Monte Karlo)
6 iyun – Azərbaycan (Bakı)
13 iyun – Kanada Qran Prisi (Monreal)
27 iyun – Fransa (Le Kastelle)
4 iyul – Avstriya Qran Prisi (Şpilberg)
18 iyul – Böyük Britaniya Qran Prisi (Silverstoun)
1 avqust – Macarıstan Qran Prisi (Hunqarorinq)
29 avqust – Belçika Qran Prisi (Spa Frakorşamps)
5 sentyabr – Niderland Qran Prisi (Zandvort)
12 sentyabr – İtaliya Qran Prisi (Montsa)
26 sentyabr – Rusiya Qran Prisi (Soçi)
3 oktyabr – Sinqapur Qran Prisi (Marina Bey)
10 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
24 oktyabr – ABŞ Qran Prisi (Ostin)
31 oktyabr – Meksika Qran Prisi (Mexiko)
14 noyabr – Braziliya Qran Prisi (San Paulu)
28 noyabr – Səudiyyə Ərəbistan (Ciddə)
5 dekabr – Əbu Dabi Qran Prisi (Yas Marin)


