Prezident İlham Əliyevin çağırışına qoşularaq Bakı Nəqliyyat Agentliyi “Tarixə yazılan adlar” aksiyasına start verib.
Agentlikdən BAKU.NEWS-a bildirilib ki, aksiyanın məqsədi qədim Azərbaycanın yurd yerlərinin tarixi adlarını yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
Aksiya çərçivəsində müntəzəm marşrut xətləri üzrə avtobuslarda, eləcə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki elektron məlumat tablolarında posterlər yayımlanır.


