Oktyabr ayında Bakı metropolitenindən 20 milyon 657 min 182, orta hesabla gün ərzində 666 min 361 sərnişin istifadə edib. Oktyabr ayının iş günləri ərzində isə orta hesabla gün ərzində daşınan sərnişinlərin sayı 760 min 361 nəfər təşkil edib.
Bunu BAKU.NEWS-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyibş
Onun sözlərinə görə, noyabr ayının ilk 9 günü ərzində Bakı metropolitenindən orta statistik hesabla gün ərzində 626 min 873 sərnişin istifadə edib.
B.Məmmədov əlavə edib ki, sentyabr ayında orta hesabla gün ərzində 611 min 204 sərnişin daşınmışdı. Yeni tədris mövsümü başlanandan sonra – sentyabr ayının 15-dən 30-dək 12 iş günü ərzində orta statistik hesabla 749 min 11 sərnişinə daşıma xidməti göstərilib” -deyə qurumun açıqlamasında bildirilir.
Sevinc Kərimova


