Bakcell MMC-inin baş icraçı direktoru Klaus Müller 14 aprel 2026-cı il tarixində tutduğu vəzifədən ayrılıb.
Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik K.Müller təqaüdə çıxmaq qərarını elan edib.
Onun rəhbərliyi dövründə Bakcell strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
“Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. Bakcell komandasının hər biz üzvünə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə təşəkkür edirəm. Əminəm ki, Bakcell Azerconnect Group-un innovasiya ekosisteminin bir hissəsi kimi gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək”, – deyə K.Müller qeyd edib.
Bakcell K.Müllerə şirkətin strateji inkişafına və əldə etdiyi nailiyyətlərə verdiyi töhfəyə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır.
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


