“AzInTelecom” MMC-nin fərdi “bulud” xidməti olan AZINCLOUD bizneslərə lokal serverlər üzərindən sürətli və təhlükəsiz hostinq xidmətləri təqdim edir.
Rəqəmsallaşma dövründə veb-saytların və mobil tətbiqlərin kəsintisiz və təhlükəsiz işləməsi biznesin inkişafı üçün strateji rol oynayır. Məlumatların serverlərdə saxlanılması xidməti olan hostinq həlləri isə müasir kibertəhlükələr fonunda informasiyaların qorunması və effektiv idarəsi üçün əhəmiyyətlidir. Bu baxımdan hədəf auditoriyaya yaxın yerli serverlərin seçilməsi ən doğru texniki addım hesab olunur.
AZINCLOUD platformasının bizneslərə ölkə daxilində yerləşən serverlər vasitəsilə hostinq imkanları təklif etməsi məlumat ötürülməsini sürətləndirərək şəbəkə gecikmələrini minimuma endirir. “İstifadə etdiyin qədər ödə” modeli xüsusilə kiçik və orta sahibkarlar üçün xərcləri optimallaşdıraraq sərfəli imkanlar yaradır. Ana dilində interfeys, milli valyuta ilə ödəniş və əməliyyatların asanlıqla aparılma imkanları isə AZINCLOUD-u bizneslərin etibarlı rəqəmsal tərəfdaşına çevirir.
Qeyd edək ki, Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Əlavə məlumat üçün azincloud.az saytını ziyarət edə bilərsiniz.
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


