Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Əməliyyatlar üzrə menecer (Kargo üzrə) vakansiyasını açıq elan edir.
Əməliyyatlar üzrə menecer (Kargo üzrə)
Vəzifə öhdəlikləri:
Əməliyyatların vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması
Müvafiq alət və üsullardan istifadə edərək layihə fəaliyyətinin qiymətləndirilməsi;
Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin həll edilməsi
Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edilməsi
Layihə çərçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlanması və tətbiq edilməsi
Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil etmək.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
Ali təhsil (Layihə idarəedilməsində olması üstünlükdür)
Kargo layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
Əla ünsiyyət və təqdimat bacarığı
Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
İş şəraiti
5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
Korporativ nömrə ilə təmin olunma ;
Bazar rəqabətli əmək haqqı ;
İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Əməliyyatlar üzrə menecer (Kargo)” qeyd etməklə CV-lərini HRdepartment@azerpost.az ünvanına göndərə bilərlər.


