AZCON Holding şirkətlərindən olan Azərkosmosun mühəndisləri kiçik peyklərin və peyk komponentlərinin ölkə daxilində sınaqdan keçirilməsinə imkan verən Termal-Vakuum Kamerasını (TVAC – Thermal Vacuum Chamber) layihələndirib və istehsal ediblər.
Termal-vakuum sistemləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA), Avropa Kosmik Agentliyi (ESA), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kimi dünyanın aparıcı kosmik qurumlarının və həmçinin kosmik şirkətlərin peyk və kosmik avadanlıqlarının sınaq infrastrukturunun ayrılmaz hissəsidir. Sistemin Azərbaycanda yerli mühəndislər tərəfindən hazırlanması isə bu sınaq imkanlarının ölkə daxilində formalaşdırılması istiqamətində mühüm addımdır.
Azərkosmosun tədqiqat və inkişaf üzrə mühəndisləri tərəfindən hazırlanan sistemin ərsəyə gətirilməsi səkkiz ay davam edib. “AITvac 03” adlı cihaz zəruri sınaqlardan uğurla keçib və kiçik peyklərin, onların alt sistemlərinin, eləcə də müxtəlif kosmik aparat komponentlərinin orbitə buraxılmazdan əvvəl termal və vakuum şəraitinə uyğunluğunun, etibarlılığının, həmin şəraitdə funksionallığının yoxlanılması üçün nəzərdə tutulub.
Sistem “ISO 19683:2026”, Avropa Kosmik Standartlaşdırma Əməkdaşlığının (ECSS) və NASA-nın Ümumi Ətraf Mühit Verifikasiyası Standartının (GEVS) müvafiq sınaq standartlarının tələblərinə cavab verərək hazırlanıb. Belə ki, cihaz, –80°C-dən +100°C-dək standart temperatur diapazonunda olan və 1×10⁻⁵ mbaradək (yüz mində bir millibar) təzyiqli yüksək vakuum şəraiti yarada bilir. Bu, Yer səthindəki normal atmosfer təzyiqi ilə müqayisədə təxminən 100 milyon dəfə aşağı təzyiq deməkdir və müasir raket operatorlarının tələblərinə uyğunluğu tələb edir.
TREND
- Ombudsman Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib
- Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
- Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
- Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
- “AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir
- “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” – FOTOLAR
- FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- Bank kartları ilə bağlı – Daha bir qadağa


