Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov Norveçdəki “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”ında Çinin “CGTN” (China Global Television Network) televiziya kanalına müsahibə verib.
Müsahibədə S.Əsədov Azərkosmosun iqlim dəyişikliyi ilə mübarizədə kosmik texnologiyadan təkcə Azərbaycanda yox, qonşu – Mərkəzi Asiya ölkələrində də layihələr apardığını qeyd edib.
O, bu il Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Çinin kosmik ictimaiyyətini dəvət edib, Bakı Konqresinin Asiya, Avropa və Amerikadan olan kosmos nümayəndələrinə əməkdaşlıq etmək üçün effektiv platforma olacağını vurğulayıb.


