Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 180 195 xidmət göstərib.
“Azəriqaz”dan BAKU.NEWS-a verilən məlumata görə, vətəndaşlara xidmət 21 növ xidmət üzrə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzlərində, regionlarda isə 14 “ASAN xidmət” mərkəzlərində (Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) göndərilib. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.
TREND
- Dövlət qurumları üçün yeni qaydalar təsdiqlənib
- “ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir
- Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır
- Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
- CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib
- “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib
- Fərid Zeynalov bu şəxsə YÜKSƏK VƏZİFƏ VERDİ
- DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib


