“AzerGold” QSC-nin birgə müəssisəsi olan “Azerbaijan Metal Company” MMC-nin nizamnamə kapitalı iki dəfə artırılıb.
Plat.az- bu barədə məlumat əldə edib.
Məlumata görə, “Azerbaijan Metal Company” MMC-nin Baş Assambleyasının qərarı ilə müəssisənin nizamnamə kapitalı əlavə iştirak paylarının buraxılması hesabına 20 milyon ABŞ dollarından 40 milyon ABŞ dollarına çatdırılıb.
Qərara uyğun olaraq, “AzerGold” 29 yanvar 2026-cı il tarixində birgə müəssisəyə 10 milyon ABŞ dolları məbləğində əlavə kapital yatırıb. Qalan 10 milyon ABŞ dollarının isə digər tərəfdaş tərəfindən ödənildiyi bildirilir.
Beləliklə, birgə müəssisəyə ümumilikdə 20 milyon ABŞ dolları həcmində əlavə investisiya cəlb olunub. Bu vəsait şirkətin nizamnamə kapitalının artırılmasına yönəldilib və kredit vəsaiti hesab edilmir.
Xatırladaq ki, “Azerbaijan Metal Company” MMC Daşkəsən Dəmir Filiz MMC və Fonte GreenMet Investments Fund OEIC Limited tərəfindən təsis edilmiş birgə müəssisədir. Şirkət Şəmkir rayonunda tikilməsi planlaşdırılan, illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və gələcək istismarına cavabdehdir. Zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


