Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “Aztelekom” MMC və “Azercell” MMC arasında departamentlərin inteqrasiyası həyata keçirilir.
“Aztelekom”un Hüquq və Komplayens Departamenti “Azercell”in Hüquq məsələləri şöbəsi ilə vahid idarəetmə altında birləşdirilib. Eyni zamanda, “Aztelekom”un Müştəri xidmətləri departamenti “Azercell”in Müştəri xidmətləri və omni-kanal idarəetmə departamenti ilə birləşdirilib.
Vahid hüquq istiqamətinə Rəşad Xıdırov, müştəri xidmətləri istiqamətinə isə Faiq Dadaşov rəhbərlik edir.
R.Xıdırov bu vaxta qədər “Azercell”in Hüquq şöbəsinin rəhbəri, F.Dadaşov isə “Azercell”də Müştəri xidmətləri və omni-kanal idarəetmə departamentinin direktoru olub. (Plat.az)
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


