“Azercell”lə əməkdaşlığı qətiyyən tövsiyə etmirik” – Şirkət rəhbərindən SƏRT AÇIQLAMA
“Biznesdə dürüstlük və operativlik ən vacib amildir. Təəssüf ki, “Azercell” ilə işbirliyimizdə bunun tam əksini gördük”.
Bunu “ProGate” MMC-nin Baş icraçı direktoru Tahir Əhmədov öz sosial şəbəkə hesabında bildirib.
T.Əhmədov “Azercell ilə korporativ əməkdaşlıq qurduqlarına görə, təmsil etdiyi biznesin 10 gündür “iflic vəziyyət”ə düşdüyünü ifadə edib:
“Bizə ilk olaraq yanlış qaimə göndərdilər. Problemi həll etdikdən sonra sırf şirkət nömrələrimiz bağlanmasın deyə, qaimənin səhv olmasına baxmayaraq ödənişi dərhal etdik. Ödəniş olunmasına baxmayaraq, şirkətin korporativ nömrələri artıq 10 gündür ki, bağlıdır. Heç bir yerə zəng etmək olmur, işimiz tamamilə dayanıb. Günlərdir aidiyyatı şəxslərlə əlaqə saxlayırıq, hər dəfə ancaq “baxılacaq, həll ediləcək” deyirlər. Amma ortada heç bir nəticə yoxdur. Ödənişini edən korporativ müştərini 10 günə yaxınıdır telefonsuz qoymaq və problemi həll etməmək böyük məsuliyyətsizlikdir.
“Şirkətlərə Azercell ilə əməkdaşlığı qətiyyən tövsiyə etmirik. Bu hadisədən sonra biz də Azercell ilə əməkdaşlığımızı sonlandırmağı və fərqli provayderlər ilə davam etməyi düşünürük”, – deyə T.Əhmədov vurğulayıb. (plat.az)
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


