Almaniyanın milli aviadaşıyıcısı – “Lufthansa” şirkəti Berlin-Bakı-Berlin marşrutu üzrə uçuşları bərpa etməyə hazırlaşır.
BAKU.NEWS xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, aviaşirkət bunun üçün Heydər Əliyev Beynəlxalq Aeroportundan razılıq alıb.
Aviareyslərin avqustun 14-dən yerinə yetirilməsi nəzərdə tutulur.


