Bu gün gənc nəslin düzgün yetişdirilməsi Dövlət siyasətinin ən önəmli prioritetlərindən biridir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün gəncliyimiz onlara göstərilən etimadı layiqincə doğruldur. gün artıq öz təsdiqini tapmaqdadır. Bu siyasət hazırda Ölkə başçısıcənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənci hazırda həyatın bütün sahələrində layiqincə təmsil olunur.
Azərbaycan gənci Qalib Azərbaycan Ordusunun əsasını təşkil edir. Bəli bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır” deyən Dövlət başçısı cənab İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu hər zaman xüsusi vurğulayır. Müzəffər Ali Baş Komandan bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.
Gənclərə diqqət və qayğı Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Məhz Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin böyük çoxluq təşkil etməsi Ulu Öndər Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanırdı. Heydər Əliyevin Azərbaycan gəncliyinə yönəlmiş strateji siyasi fəaliyyətinin qayəsini onun müstəqillik dönəmi üçün kadr potensialının artırılması təşkil edirdi.
Dahi şəxsiyyət deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli, və hər bir gənc vətənpərvər olmalıdır. Necə ki, bu vətənpərvərliyi, Azərbaycan sevgisini bizlər üç il öncə düşmənin birlikdə, “Dəmir Yumruq” olaraq başını əzərkən gördük. Bu gün Azərbaycan gənci Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə çalışır, biliklənir, orduda, dövlət orqanlarında xidmət edir. Bütün bunlar müstəqil
Dilarə Cəfərova
Neftçala rayon sakini, mədəniyyət işçisi


