Afrikanın ən zəngin futbolçularının siyahısında dəyişiklik olub.
BAKU.NEWS “Report”a istinadən xəbər verir ki, 2019/2020 mövsümünün sonunda “Səbail”dən ayrılan Maykl Essyen 1 pillə irəliləməyi bacarıb.
32 milyon ABŞ dolları dəyərində sərvəti olan qanalı yarımmüdafiəçi həmyerlisi Asamoa Qyanı geridə qoyaraq 9-cu sıraya yüksəlib.
İlk 2 pillədə isə Samuel EtoO və Didye Droqba qərarlaşıb.
Qeyd edək ki, 2019-cu ilin martındandan cari mövsümün sonunadək “Səbail”in formasını geyinmiş Maykl Essyen sərvətinin böyük hissəsini İngiltərənin “Çelsi” komandasında çıxış edərkən toplayıb.


