Prezident İlham Əliyev “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
BAKU.NEWS-un xəbərinə görə, qanuna əsasən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:
– minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;
– minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;
– minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;
Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılacaq.


