Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın – Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər.
BAKU.NEWS “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.
“Danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, – deyə Prezident bildirib.


