Ölkəmiqyaslı yenilik barədə ilk dəfə sizə məlumat vermək istəyirəm. Biz ötən ilin sonundan başlayaraq ölkədəki bütün elektron imzaların sertifikatlaşdırıldığı kök sertifikat mərkəzinin imza infrastrukturunu tam yeniləmişik.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsi zamanı “AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov bildirib.
“Artıq ölkəmizin elektron imza sistemi SHA-1 (Secure Hash Algorithm) protokolundan SHA-2 protokoluna keçirilib və Açıq açar infrastrukturu (public key infrastructure – PKİ) yenilənib”, – deyə Elxan Əzizov vurğulayıb.
Qeyd edək ki, SHA-1 hazırda təhlükəsiz sayılsa da texnologiyanın sürətlə dəyişməsi fonunda dataların təhlükəsiziliyini təhdid edir. Buna görə də əsas onlayn xidmətlər və axtarış sistemləri daha təkmil təhlükəsizliyə və çevikliyə malik olan SHA-2 protokoluna keçirlər.


