Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb.
Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?
Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmadığı bildirilib.
“Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.
Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Profilaktik məqsədlə əhaliyə bir sıra sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur: yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək, gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək, gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.
TREND
- Vətəndaş pulunu ödədiyi tozsoranı ala bilmir – “Baku Electronics”dən şikayət
- 24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb
- “Uber Az” yeni brend altında xidmətini davam etdirəcək
- Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
- Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
- Prezidentlə xanımı Cəbrayıla getdi
- Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də
- Sabunçu Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib


