2026-ci ilin ilk 3 ayı ərzində 3 MMC-yə lisenziya verilib, 3 MMC-yə verilmiş lisenziya isə ləğv edilib.
Bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində “Azercell Telekom” MMC-yə (“Kinon” xidmət adı ilə) universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları verilib, “Neftçi Media” MMC-yə verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası ləğv edilib.
“Fevral ayı ərzində “Kinobox” MMC-yə sifarişli yayım xidməti provayderi (“Kinobox” xidmət adı), “Mahnı” MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya kanalının adı: “Mahnı TV”) lisenziyaları verilib. Mart ayı ərzində isə, “Rahat Telecom” MMC-yə və “SN Telecom” MMC-yə verilmiş universal platforma operatoru lisenziyaları ləğv edilib”, – məlumatda qeyd olunub.
TREND
- İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
- Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- “Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu
- E-Bələdiyyə tətbiqi istifadəyə verildi
- Azərbaycana məğlubiyyətə görə istefa verdi
- “Bakcell”i tərk etdi, “Nar”da yüksək vəzifəyə getdi
- İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
- Sea Breeze ərazisində möhtəşəm CineMastercard kinoteatrı açılacaq – FOTOLAR


