Aprelin 17-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 90 min hektarında şum işləri aparılıb. Müqavilələrin bağlanması prosesi davam edir.
Bu barədə BAKU.NEWS-un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, aprelin ikinci ongünlüyündə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17.7 min ha sahədə səpin həyata keçirilib.
Sevinc Kərimova


