Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir. Bununla bağlı “Dövlət rüsumu haqqında”qanuna dəyişiklik ediləcək.
BAKU.NEWS Report-a istinadla bildirir ki, dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.


