2025-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) su istehlakını 2023-cü illə müqayisədə təxminən 20 % azaldıb.
Bu barədə aviaşirkətin 2025-ci il üzrə Dayanıqlılıq hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, şirkət ətraf mühitə təsirin azaldılması istiqamətində su ehtiyatlarından daha səmərəli istifadə və tullantıların idarə olunması tədbirlərini həyata keçirir. Bundan başqa, tullantı sularının tərkibindəki çirkləndirici maddələrin müəyyən edilməsi məqsədilə kənar laboratoriyalar tərəfindən aylıq və rüblük analizlər aparılır.
AZAL enerji səmərəliliyinin artırılması üçün də müvafiq tədbirlər görür. Şirkət ISO 50001 enerji idarəetmə sistemi sertifikatına malikdir və yanacağa qənaət, eləcə də karbon emissiyalarının azaldılması imkanlarının müəyyənləşdirilməsi üçün “SkyBreathe” həllini tətbiq edir.
Hesabatda, həmçinin uçuş zamanı istifadə olunmamış, ilkin qablaşdırması qorunmuş bəzi qida məhsullarının və butulkaların yenidən istifadəyə yönəldildiyi bildirilib.
TREND
- AZAL son 2 ildə su istehlakını 20 %-ə yaxın azaldıb
- Nəsimi Musayevin həbs müddəti uzadıldı
- AZAL 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb
- “BMG International” Bişkek İnvestisiya Forumunda Azərbaycanı təmsil edib
- “Azərenerji” 3.4 milyonluq işi 50 manatlıq şirkətə verdi
- Giləzi-Quşçuluğun rəhbərliyinə 10 il həbs cəzası verilə bilər
- “Temu” Avropa İttifaqının tələblərinə boyun əydi – nələr dəyişəcək?
- Bakıda şirkət rəhbəri həbs olundu – Hovuzlu evlər vəd edirdi


