Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Liderin ürəyi” sənədli filminin təqdimatında iştirak etdim.
Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn filmin müəllifi TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman, rejissoru Valeri Spirin, ssenari müəllifi isə Marina Deniseviçdir.
Onu da qeyd edim ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış filmin təqdimatının 10 oktyabr tarixinə seçilməsi heç də təsadüfi deyil. Belə ki, 10 oktyabr tarixi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.
Azərbaycan xalqının Böyük Oğlu daim qəlbimizdədir!
Millət vəkili Jalə Əhmədova


