Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.
Bu barədə BAKU.NEWS-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”, – məlumatda vurğulanıb.


