Nə qədər ki, torpaqlarımız işğal altında idi, ermənilər istədiyini edirdi. Qarabağ torpaqlarında viran edilmiş tarixi abidələrimiz, məscidlərimiz, bütün obyektlər, şəxsi evlər dağıdılırdı.
28 il müddətində Azərbaycana gələn hansı bir beynəlxalq təşkilat bu haqda yazmışdır? Əlbəttə ki, heç biri deyə bilərik. Yalnız bu təşkilatlar verdikləri nəticəsiz bəyanatlar, qətnamələr və s. boş və mənasız sənədlərlə vaxtı uzadırdılar. Onların fəaliyyəti dəyərsiz bir sənəd toplusu kimi baş ağrısı verməkdə idi.
Azərbaycan dövləti nəhayət ki, öz qəti sözünü dedi və arxasında dayandı. Səbrin də bir sonu var. Biz müstəqil dövlətik. Ərazimizə girdikləri, insanlarımızı vəhşicəsinə, neçə-neçə qətliamlar törətməklə vandalcasına incitməkləri bəs deyilmiş kimi, bir dənizə qədər də gəlmək istəyən mənfurların arzusu gözlərində, niyyətləri ürəklərində boğuldu. QARABAĞ AZƏRBAYCANDIR!-dedi, cənab ALİ BAŞ KOMANDAN. 44 gün davam edən Vətən Müharibəsi vətənsevərliyin ən gözəl nümunəsini göstərdi bütün dünyaya. Biz yenə humanist mövqedə dayanaraq sülh müqaviləsi bağlamaq, verilmiş şərtlərlə razı olmalarını gözlədik bu eybəcər ermənilərdən. Niyə? Çünki beynəlxalq təşkilatlar var, dünyada onları müdafiə edən ölkələr var. Amma, düşmənə güzəşt yaramır. Bu erməni bir bəla olub keçib “tale” yolumuza. Müharibə bitib, Azərbaycan öz torpaqlarının tam hüquqlu sahibidir. İndi də, müxtəlif bəhanələr uydurmaqla gah atəşkəsi pozur, gah humanitar yardım istəyir, gah “imdad” diləyir, gah “qorxutmaq” istəyir, bir sözlə “qara yara” olub, keçib boğazımıza, rədd olub getmirlər, itmirlər birdəfəlik torpağımızdan. Amma, biz daha nə beynəlxalq təşkilatların boş qətnamələrinə, nə də onların “təzyiq” qüvvəsinə görə güzəştə getməyəcək bir qətiyyətlə sözünü demiş dövlətik. Azərbaycanda başqa millətlər necə yaşayırsa, bu qanunlar bütün xalqlar üçün eynidir. Əslində xalqımıza qarşı bu qədər vandallıq edən ermənilərə bu çox böyük güzəştdir. Onlar isə bu güzəşti daha çox əldə ediləsi bir məqama çevirmək niyyəti ilə “köhnə” planları ilə işləməkdə davam edirlər… Xislətləri var axı, dəyişməycəklər! Vətən Müharibəsində məğlub olan, yaratdıqları xülyaları birdəfəlik itən ermənilərin “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsi idi. Müzəffər Prezident cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlanması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.
Bu Azərbaycanın beynəlxalq aləmdə haqq yolunun açılmasıdır. Bu yolda Ölkə başçımız cənab İlham Əliyev çox böyük işlər görmüşdür. Əlbəttə ki, hər bir uğurun arxasında böyük əziyyətlər, böyük siyasi səriştə və bacarıq, bilik və qətiyyət dayanır. Və bu artıq aydındır ki, Azərbaycan 30 il əvvəlki dövlət deyil. Onu mənasız, boş ittihamlarla geri çəkmək mümkün deyildir. Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.
Buna görə də növbəti gülünc bir mövqeyə düşür. Bu gün hər bir şüurlu insan, istər beynəlxalq aləmdə, istər öz ölkəmizdə reallıqları görür. İnanırıq ki, bu reallıqlar bir daha yanlış qərarlarla toqquşmayacaqdır. 16 avqust tarixində BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.
Bədirə Niftaliyeva
Neftçala rayon ziyalısı, yazıçı-publisist


