Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.
Azərbaycan Gimnastika Federasiyasındanverilən məlumata görə, mərasimdə Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.
Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından daha vacib mərhələlərdən biridir.
Beləliklə, Azərbaycan həm Dünya çempionatına ev sahibliyi, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


