Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında “yaşıl maliyyə”nin inkişafı müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin Direktorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə ölkədəki makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına AİB-in dəstək imkanları, o cümlədən “yaşıl maliyyə”nin və kapital bazarlarının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı, ADB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək texniki yardım layihələri müzakirə olunub.
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


