“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin müraciətlərinin daha sürətli emalı və gözləmə müddətinin azaldılması üçün əlaqə mərkəzində süni intellekt əsaslı texnologiyalar tətbiq etməyi planlaşdırır.
Bunu AZAL-ın kommersiya direktoru Cəmil Manizadə bildirib.
Onun sözlərinə görə, yeni sistem müraciətlərin təsnifləşdirilməsi və düzgün istiqamətləndirilməsinə, həmçinin sərnişinlərin gözləmə müddətinin azaldılmasına imkan verəcək. AZAL həmçinin bütün müraciətlərin vahid platformada idarə olunması və özünəxidmət imkanlarının genişləndirilməsi üzərində işləyir.
Cəmil Manizadə bildirib ki, 2026-cı ilin ilk 8 ayında AZAL-ın Əlaqə Mərkəzi 460 119 müraciət emal edib. Onlardan 201 466-sı telefon zəngi, 246 396-sı isə rəqəmsal kanallar vasitəsilə daxil olub.
Bu dövrdə cavablandırılmış zənglər üzrə xidmət səviyyəsi 80,4 faiz, sərnişin məmnuniyyəti isə 86,6 faiz təşkil edib.


