Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrlik postuna yeni namizədlər bəlli olub.
BAKU.NEWS xəbər verir ki, bu barədə şair Emil Rasimoğlu və Fuad Cəfərli məlumat verib.
Emil Rasimoğlu qurumunun və konkret indiki sədrin vəzifələrini doğru icra etmədiyini bildirib.
Emil Rasimoğlu AYB-nin bölgələrdəki fəaliyyətindən və AYB-nin gənc imzalarla bağlı siyasətindən də narazıdır.
Şair Fuad Cəfərli də builki seçkilər üçün namizəd olduğunu təsdiqləyib: “Bildiyiniz kimi, mən artıq 2019-cu ildən namizəd olduğumu bildirmişəm. Ondan sonra qurultay təxirə salındı, amma hazırda da namizədəm. Ümumiyyətlə, hesab edirəm ki, AYB-nin gənclərlə bağlı fəaliyyəti qənaətbəxş deyil. Biz 2019-cu ildə bu siyasəti tənqid etmişdik və yalnız ondan sonra müəyyən mənada gənclərə redaksiyalarda yer verildi. Amma Anarın özü 30-31 yaşında “Qobustan” jurnalında baş redaktor idi, Rəsul Rza isə 29-30 yaşında artıq qurumun sədri idi”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayı 26 oktyabr saat 10:00-da Akademik Milli Dram Teatrında keçiriləcək. Birliyin hazırkı sədri Xalq yazıçısı Anar mediaya sədrlik üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.


