“Avrora Qrup”a yeni baş direktor təyin edilib
BAKU.NEWS bildirir ki, Marja.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Yusubov şirkətin baş direktoru təyin edilib.
Qeyd edək ki, C.Yusubov bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin strateji məsələlər üzrə köməkçisi vəzifəsini daşıyırdı.
Ceyhun Yusubov bundan öncə Gilan Holdinqdə və Veysəloğlu Şirkətlər Qrupunda çalışıb. Təhsilini Türkiyədə başa vurub. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.


