AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı qonaqlara ASCO-nun biznes ehtiyacları və prioritet istiqamətləri, eləcə də orta və uzunmüddətli inkişaf proqramları barədə ətraflı məlumat verilib.
Tərəflər müasir çağırışlara cavab verən, səmərəli və dayanıqlı donanmanın formalaşdırılması istiqamətində həyata keçirilən işləri müzakirə ediblər. Bununla yanaşı, yaşıl gəmiçilik, dekarbonizasiya, rəqəmsal həllərin tətbiqi ilə bağlı nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Asiya İnkişaf Bankının nümayəndələri ASCO-nun strateji inkişaf hədəflərini yüksək qiymətləndirərək, bu istiqamətdə həyata keçiriləcək layihələrə dəstək göstərməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Görüşdən sonra qonaqlar ASCO-nun inzibati binasında yerləşən “Üç əsrin şahidi” muzeyini ziyarət edib, Azərbaycanın gəmiçilik tarixi və irsi ilə yaxından tanış olublar.
TREND
- Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT
- Dərslər başlayıb – kirayə mənzil bazarında qiymətlər necə dəyişib?
- Tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- “Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- “Ziraat Bank Azərbaycan” kredit vermək üçün birjadan 15 milyon manat toplayır
- Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olunub – VİDEO
- Liya Bayramova YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDU


