18 Sentyabr – Milli Musiqi Günü münasibətilə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Candlelight Baku” ilə tərəfdaşlıq çərçivəsində xüsusi musiqi proqramı təqdim olunub. Mərkəzin birinci mərtəbəsində şam işığında konsert formatından istifadə olunaraq musiqi və sənətin vəhdətindən ibarət özünəməxsus atmosfer yaradılıb.
Proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də klassik musiqi nümunələri simli kvartetin ifasında səsləndirilib.
Musiqi proqramı mərkəzə müraciət edən vətəndaşlarla yanaşı, əməkdaşlar tərəfindən də maraqla qarşılanıb.
Təşəbbüsün əsas məqsədi Milli Musiqi Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycan musiqi irsinin təbliğinə, milli musiqi ənənələrinin qorunması və yaşadılmasına töhfə verməklə yanaşı, xidmət məkanında vətəndaşlar üçün xoş və estetik mühitin yaradılması olub.
Yutub video: https://youtube.com/shorts/5ypqNR94Ids?si=_3JdDH76Zax-WAVC
TREND
- İlin sonunadək Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir
- Rəsmi Bakı başsağlığı verdi
- Pezeşkian Nyu-Yorka gedir – ABŞ-dən qəribə qadağa
- Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
- Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb
- BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
- Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası – Elmir Muradov yazır
- Suverenliyin bərpası davamlı sülh üçün yeni imkanlar açıb


