Daha bir sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC tərəfindən Assosiasiyaya üzvlüklə bağlı rəsmi müraciət daxil olub.
Müvafiq müraciətə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin yekunlarına həsr olunmuş toplantısında baxılaraq, şirkətin ASA-ya üzv olması ilə bağlı qərar qəbul edilib.
Beləliklə bununla da ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvü olmuş oldu və ASA-nın üzvlərinin sayı 21-ə çatdı.
Qeyd edək ki, hazırda Azərbaycanda 14 qeyri-həyat, 5 həyat 1 aqrar və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.


