“Bizi qarşıda çətin həftələr gözləyir”.
BAKU.NEWS “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel koronavirusla bağlı xalqa müraciətində deyib.
O, hər gün COVID-19-dan ölənlərin olduğunu xatırladıb:
“Xəstəxanalar doludur. Digər xəstələr başqa yerlərə aparılmalı, əməliyyatlar təxirə salınmalıdır. Mövcud vəziyyət bizi narahat edir”.


