Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tərtər şəhərində vətəndaşları qəbul edib.
Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarının sakinləri ilə görüşdə torpaq münasibətləri, qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi, şəhərsalma sənədləri və digər tikinti məsələləri ilə bağlı müraciətlərə baxılıb.
Qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması ilə bağlı müvafiq tapşırıqlar verilib.










