Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə iki əməkdaşımızı yüksək dövlət mükafatları ilə təltif edib.
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə kommunikasiyalar rəhbəri Tamam Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni, bp-nin hasilat üzrə meneceri Nuru Mərdanov isə “Tərəqqi” medalı ilə təltif olunub.
bp Azərbaycan şirkəti təltif olunanları təbrik edir, cənab Prezidentə bu diqqətə görə təşəkkürünü bildirir.



