2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır.
2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətləri təqdim olunub. 2027-ci ildə dövlət büdcəsindən 42.4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin xərcləri 2026-cı ilin büdcənin proqnoz xərcləri ilə müqayisədə 700 milyon manat çoxdur.
Millət vəkili qeyd edib ki, 2027-ci ilin yanvarından etibarən indeksləşdirilmiş pensiya məbləğlərinin hesablanması həyata keçiriləcək.
Deputatın sözlərinə görə, dövlət büdcəsi xərclərinin təxminən 42 faizi iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik sahələrinə yönəldiləcək. Bildirilib ki, gələn il iqtisadi fəaliyyət üzrə xərclərin 8 milyard 891 milyon manat olacağı gözlənilir. Bu rəqəm dövlət büdcəsinin xərclərinin 21 faizinə bərabərdir. Müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə isə 8 milyard 816,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. (Xezerxeber)
TREND
- Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər – AÇIQLAMA
- 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır
- Bakıda tanınmış iş adamları, nüfuzlu simalar və biznes nümayəndələri bir araya gəldi
- Vergi ödəmədən xaricdən nə gətirmək olar?
- Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
- Azərbaycan–Britaniya tərəfdaşlığında iqtisadi gündəm: investisiya, ticarət və Orta Dəhliz
- Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
- Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək


